Zəfər Günü Bakıda musiqili atəşfəşanlıq olacaq

Zəfər Günü Bakıda musiqili atəşfəşanlıq olacaq Gündəm
Noyabrın 8-də Bakıda torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq.

News24.az Axar.az-a istinadla xəbər verir ki, Azərbaycanın korifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq 21.10-da Dənizkənarı Bulvarda başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.