Cəbrayılda 54 yaşlı kişi minaya düşdü
    • 7-11-2021, 18:17
    • 405

Cəbrayılda 54 yaşlı kişi minaya düşdü

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.