Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
    • 18-04-2021, 11:35
    • 924

Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə Ağdam rayon Prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.