-
- 9-11-2021, 11:37
- 873
Bakıda aptekə silahlı basqın – Satıcı qızlar təşviş içində küçəyə qaçdı - FOTOLAR
Bakıda ötən ilin martnda aptekə basqın edən və törətdiyi əməldən 17 ay sonra polisin keçirdiyi əməliyyatla yaxalanan Zöhrab Abbasov məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində bu ilin avqust ayında yaxalanan Z.Abbasov barəsində Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci (quldurluq – saxlanc yerinə qanunsuz daxil olmaqla və silah tətbiq edilməkl törədildikdə) maddələri ilə aparılan işin məhkəmə istintaqı zamanı o, törətdiyi əməli etiraf edib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmədə məlum olub ki, gecə saatlarında “Neftçilər” metrosunun yaxınlığındakı aptekə basqın edən 35 yaşlı öhrab Təhsil Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbində ərazi gözətçisi işləyib.
O bildirib ki, 12 mart 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən aptekinin qarşısından keçərkən həmin aptekin açıq olduğunu görüb oradan pul götürmək qərarına gəlib: “Bu məqsədlə aptekə daxil olub bir az əvvəl evdən çıxarkən götürüb üzərimdə gəzdirdiyim mətbəx bıçağını çıxarıb aptekdə işləyən qızlara nümayiş etdirdim, onlara hədə-qorxu gələrək pulların harada olmasını demələrini tələb etdim. Bu zaman qızlar aptekin içərisində olan vitrinlərin arxasından qaçdı. Mən həmin qızın arxasınca qaçdıqda, qız pulların yerini göstərdi. Mən rəfin içərisində olan dəftərin arasındakı pulları götürüb aptekdən çıxdım və qaçaraq hadisə yerini tərk etdim. Bir qədər aralandıqdan sonra aptekdən götürdüyü pulları saymış və təxminən 660-700 manat olmasını gördüm”.
Təqsirləndirilən şəxs bildirib ki, həmin gün 250 qram spirtli içki içib. Həmçinin o, “Topaz” oyunu oynayır və buna görə pula ehtiyacı olub.
Hadisə vaxtı təşviş içində küçəyə qaçan Sevinc və İnci adlı aptek işçiləri bıçaqlı şəxsin aptekə basqın etməsi zamanı onun saxlanc yerindən 1000 manat götürdüyünü bildiriblər. Hadisənin görüntüləri aptekin müşahidə kameralarına düşüb.
Məhkəmə Z.Abbasovun 8 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.