Bakıda marketə silahlı basqın – 2 NƏFƏR HƏBS EDİLDİ
    • 18-02-2020, 17:17
    • 1 557

Bakıda marketə silahlı basqın – 2 NƏFƏR HƏBS EDİLDİ

Bakıda marketdə quldurluq etmiş şəxslər barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, “Al market”ə daxil olaraq oranın işçilərini silahla hədələdikləri üçün tutulan Vüqar Şahmarov və Nurəddin Abbasov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası 26 fevralda keçiriləcək.

Qeyd edək ki, iş üzrə “Al market” MMC və oranın 4 əməkdaşı zərərçəkən şəxs qismində tanınıb.