-
- 9-11-2021, 11:43
- 504
Azərbaycanlı rəssam Moskvada COVID-19-dan vəfat etdi
Azərbaycanlı rəssam Abbas Kazımov noyabrın 8-də Rusiyanın Moskva şəhərində vəfat edib.
O, 65 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Abbas Ələsgər oğlu Kazımov 1956-cı il yanvarın 1-də Bakı şəhərində anadan olub. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, UNESCO nəzdində Beynəlxalq Rəssamlar Federasiyasının üzvlüyünə qəbul edilib. Rəssam rəngkarlıqda "xalça üslubu"nun yaradıcısı hesab olunur. A. Kazımovun əsərləri Gürcüstan, Finlandiya, Almaniya, Çexoslavakiya və Türkiyədə nümayiş edilib, fərdi sərgiləri Moskva, Vaşinqton və Kannda təşkil olunub.