-
- 9-11-2021, 16:15
- 877
Hərbi dənizçilərimiz NATO qiymətləndirilməsi təlimində iştirak etdi - Fotolar
Türkiyə Respublikasında keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib.
News24.az xəbər verir ki, Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib.
Təlimdə şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmiyə sürətli şəkildə katerlə yaxınlaşma, terrorçuların zərərsizləşdirilməsi, gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqları yüksək peşəkarlıq nümayiş etdirilərək dəqiq və effektiv yerinə yetirilib.
Qeyd edək ki, qiymətləndirilmənin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.