Ağsu sakini həmyerlisini döyərək pulunu əlindən aldı
    • 10-11-2021, 12:19
    • 414

Ağsu sakini həmyerlisini döyərək pulunu əlindən aldı

Ağsu Rayon Polis Şöbəsinə noyabrın 9-da Hacıqədirli kəndi ərazisində bir nəfərin kənd sakini A.Bədəlovu döyərək içərisində pulu və sənədləri olan portmanatını alması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilən və quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakininin şəxsiyyəti müəyyən edilib.

Həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.