Vətən Müharibəsi qazisi medalını satışa çıxardı – FOTO
    • 12-11-2021, 09:52
    • 1 076

Vətən Müharibəsi qazisi medalını satışa çıxardı – FOTO

Vətən Müharibəsi qazilərindən biri ona təqdim edilmiş medalı satışa çıxarıb.

News24.az-ın məlumatına görə, qazi “Füzulinin azad edilməsinə görə” medalını elan saytı vasitəsilə satışa qoyub. O, medalına 200 manat qiymət təyin edib.

Sosial şəbəkə istifadəçiləri qaziyə zəng edərək məsələ ilə bağlı maraqlanıblar. O, pula ehtiyacı olduğu üçün bu addımı atdığını bildirib.

Onu da qeyd edək ki, elan saytında “Füzulinin işğaldan azad edilməsinə görə” medalını satışa çıxarmış Vətən Müharibəsi qazisi A.A həmin elanı silib.

Qazi elanı hansı səbəbdən sildiyini qeyd etməsə də, onun medalı satmaqdan vaz keçdiyi bildirilir.