Kral ailəsində şok adət - Bayram yeməyinə gələn qonaqları tərəzidə çəkirlər
    • 12-11-2021, 16:22
    • 907

Kral ailəsində şok adət - Bayram yeməyinə gələn qonaqları tərəzidə çəkirlər

Britaniya kral ailəsinin qeyri-adi ənənəsinin olduğu üzə çıxıb.

News24.az
"Mirror"a istinadən xəbər verir ki, Milad bayramında Sandrinqem sarayına şam yeməyinə gələn qonaqların girişdə çəkisi ölçülür. Eyni prosedur qonaqlar sarayı tərk edəndən sonra da həyata keçirilir. 

Məlum olub ki, kraliça II Yelizaveta bu ritualı ailə ənənəsi kimi icra edir. Bu, 1901-1910-cu illərdə ölkəni idarə edən VII Edvardın dövründən qalma adətdir.

Həmin vaxt kral qonaqların Milad yeməyindən əvvəl və sonra çəkilərini öyrənib.

Beləliklə o, əmin olub ki, bayrama gələnlər həqiqətən doyunca yemək yeyiblər.