-
- 13-11-2021, 18:13
- 1 832
Şəhid anası: "Oğlum deyirdi bütün Azərbaycan məni tanıyacaq" - Ülvi Hacıyevin ANIM MƏRASİMİ
Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin doğum günüdür.
Şəhidin xatirəsini yad etmək üçün Ülvi Hacıyevin valideynlərinin, yaxınlarının, tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyevanın, “Azərterminalkompleks” Birliyinin rəhbərliyinin və Sabunçu rayon İcra Hakimiyyətinin rəsmilərinin iştirakı ilə tədbir keçirilib.
News24.az-ın məlumatına görə, anım mərasimi əvvəlcə şəhidimizin II Fəxri Xiyabandakı məzarını ziyarət ilə başlayıb.
Tədbirə qatılanlar şəhidin ruhuna dualar oxuyub, xatirəsi ehtiramla yad ediblər. Daha sonra tədbir Ülvi Hacıyevin yaşadığı binanın həyətində davam edib.
Burada ailənin şəxsi vəsaiti ilə tikilən bulağın açılış mərasimi olub. Anım törəninə qatılanlar şəhidimizlə bağlı xatirələrini və ürək sözlərini bölüşüb.
“2010-cu ildə şəhidlik zirvəsinə ucalan Milli qəhrəman Mübariz İbrahimovun göstərdiyi rəşadət Ülvinin həyatında dönüş nöqtəsi olub. Övladım vətən uğrunda döyüşlərə atılmaq, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayırdı. Onunla hər zaman fəxr edəcəm”.
Bunu tədbirdə çıxış edən şəhidimizin anası Həmidə Hacıyeva deyib.
Ülvi Hacıyev haqqında ərsəyə gələn klipin dəstəkçisi, iş xanımı Ruhi Əliyeva isə şəhidlərimizin xatirəsini əbədiləşdirməyi özünə vətəndaş borcu bildiyini deyib: “Bu gün Ülvinin timsalında bütün şəhidlərimizi yad edib, xatirələrini əbədiləşdirməliyik. Onlar bizim qürur mənbəyimizdir”.
Xatırladaq ki, Ülvi Hacıyev könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 20200-ci il oktyabrın 19-da Şuşa şəhərinin 10 kilometrliyində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra Prezident İham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Reportajı təqdim edirik:
Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev