Bərdədə oğurluq edən şəxslər SAXLANILDI
    • 15-11-2021, 14:53
    • 297

Bərdədə oğurluq edən şəxslər SAXLANILDI

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini Arabaçılar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Şəhriyar Şahmalızadə və Tural Vəliyev saxlanılıb.

Onların 3100 manat pul və qızıl-zinət aşyaları oğurladıqları aşkar olunub. Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.