Bakıda daş karxanasında maşinist FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
    • 15-11-2021, 15:44
    • 401

Bakıda daş karxanasında maşinist FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda daş karxanasında maşinist faciəvi şəkildə ölüb.

Bu barədə News24.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.