"Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib" - MN
    • 16-11-2021, 15:01
    • 286

"Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib" - MN

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.