Vaksin olunanlarla bağlı SON RƏQƏMLƏR AÇIQLANDI
    • 16-11-2021, 16:50
    • 293

Vaksin olunanlarla bağlı SON RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 625, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 670 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 132 050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 028 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 490 360, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 613 208 təşkil edir.