Peyvənd sertifikatı olmayan sürücülərə avtomobillərə yanacaq doldurmaq qadağan edildi
    • 17-11-2021, 11:02
    • 784

Peyvənd sertifikatı olmayan sürücülərə avtomobillərə yanacaq doldurmaq qadağan edildi

Bu gündən etibarən Sloveniyada COVID-19-a qarşı vaksin olunmayanlar avtomobillərdən imtina etməli olacaqlar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə qəbul edilən yeni qərara əsasən sürücülər yalnız peyvənd sertifikatı olduğu halda yanacaqdoldurma məntəqəsindən yanacaq doldura bilərlər.

Vaksin olunmayan yerli sakinlər isə indi avtomobillərini yanacaqdoldurma məntəqəsinə də qoyaraq oranı tərk edirlər. 

Daha sonra polis maşınları oradan evakuasiya edir.