“13 hərbçi əsir düşüb, 24 hərbçinin taleyi barədə məlumat yoxdur” - Ermənistan MN
    • 17-11-2021, 11:31
    • 761

“13 hərbçi əsir düşüb, 24 hərbçinin taleyi barədə məlumat yoxdur” - Ermənistan MN

Ermənistanın Müdafiə Nazirliyi dünən Azərbaycan ilə sərhəddə baş vermiş hərbi toqquşma zamanı verdikləri itkilər barədə məlumat yayıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, noyabrın 17-si səhər saatlarına olan məlumatda 1 hərbçinin öldüyü, 13 hərbçi əsir düşdüyü, daha 24 hərbçinin taleyi barədə heç bir məlumat olmadığı bildirilib.

İtkin düşmüş hərbçilərin tapılması istiqamətində intensiv işlər aparılır.

Eyni zamanda bildirilib ki, 2 hərbi post Azərbaycanın nəzarətinə keçib.