Yolu keçən yaşlı kişini maşın belə vurdu - VİDEO
    • 18-11-2021, 12:32
    • 422

Yolu keçən yaşlı kişini maşın belə vurdu - VİDEO

Bakıda piyadavurma hadisəsi kameraya düşüb. xəbər verir ki, hadisə Heydər Əliyev prospektində bir müddət əvvəl baş verib. Yaşlı kişi 10 zolaqlı yolu təyin olunmayan yerdən keçir. Bu zaman isə “KİA” markalı avtomobil onu vurur.

News24.az xəbər verir ki, qəzaya nəzər saldıqda həm piyadada, həm də sürücüdə günah olduğu görünür. Piyada təyin olunmamış yerdən keçdiyi üçün özünün həyatını təhlükəyə atır. “KİA” markalı avtomobilin sürücüsü isə qarşıda gedən “Audi”i ilə ara məsafə saxlamadan hərəkət edir. Eyni zamanda onda ötmə üçün yol istəyir. “Audi” sağa çəkilən kimi isə qarşısına piyada çıxır və sürücü onu vurur. “KİA”nın sürücüsü kor nöqtəyə düşdüyü üçün piyadanı əvvəlcədən görə bilmir. /Avtosfer.az/