Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI
    • 18-11-2021, 13:29
    • 380

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVİD-19 infeksiyasına yoluxmuş müəllimləri üçün  14 günlük karantin müddəti tətbiq olunub. 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.