Azərbaycanda peyvənd olunanların SAYI AÇIQLANDI
    • 18-11-2021, 17:06
    • 406

Azərbaycanda peyvənd olunanların SAYI AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35699 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7700, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23120 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10201533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5038225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4505772, buster doza üzrə vaksinasiya olunanların sayı isə 657536 təşkil edir.