"Qalatasaray"ın stadionunda KRAN AŞDI: 3 NƏFƏR.. - FOTO
    • 23-11-2021, 15:37
    • 620

"Qalatasaray"ın stadionunda KRAN AŞDI: 3 NƏFƏR.. - FOTO

Türkiyənin "Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi NEF stadionunda kran aşıb.

News24.az Haberglobal-a istinadən xəbər verir ki, nəticədə 3 nəfər xəsarət alıb. 

Xəsarət alan 3 nəfər hadisə yerinə gələn təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Aşan kranın çıxarılması istiqamətində işlər davam etdirilir. Hadisə yerinə polis, təcili yardım və xilasetmə cəlb olunub.