Bakıda ağır yol qəzası olub, 3-ü uşaq olmaqla 6 nəfər xəsarət alıb
    • 5-08-2019, 18:57
    • 1 486

Bakıda ağır yol qəzası olub, 3-ü uşaq olmaqla 6 nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası olub.

Hadisə Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 7, 14 və 5 yaşlı uşaqlar isə müxtəlif xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.