-
- 23-11-2021, 18:44
- 916
Ramin Aslanovun fotosərgisi keçirildi
Bu gün Heydər Əliyev Sarayında fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi fotosərgisi keçirilib.
News24.az-ın məlumatına görə, müxtəlif mövzuları əhatə edən, əsasən, təbiət mövzusuna üstünlük verilən sərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır.
Sərgidə tamaşaçılara Azərbaycanın şəhər və rayonlarının təbiət gözəllikləri və təbii sərvətlərinin müxtəlifliyi nümayiş olunub.
Qeyd edək ki, fotosərgidə əsərlərin satışı həyata keçirilib. Əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.
Fotoqraf Ramin Aslanov təəssüratlarını saytımıza bölüşüb. O bildirib ki, sərgidə 44 foto nümayiş olunub: "Fotolar kətan parça üzərindədir. Məqsədim satışdan əldə edilən gəliri “YAŞAT” Fonduna ianə etməklə şəhid ailələrinə, qazilərimizə dəstək olmaqdır. Onlara az da olsa, faydam toxunsa, özümü xoşbəxt hiss edə bilərəm".
FOTO: Nicat Niftəliyev