Azərbaycanlı rejissorun doğum günüdür - FOTOLAR
    • 24-11-2018, 15:29
    • 1 205

Azərbaycanlı rejissorun doğum günüdür - FOTOLAR

Bu gün rejissor Şamil Muradovun doğum günüdür.

News24.Az xəbər verir ki, bu gün əlamətdar gün münasibətilə Ş. Muradovun çalışdığı Qafqaz TV-nin kollektivi rejissora sürpriz doğum günü təşkil edib. Kanalın rəhbərliyi və işçi kollektivi səbəbkarı təbrik edərək, şəninə xüsusi tort hazırladıblar. Ürək sözlərini söylədikdən sonra tort kəsilib. Rejissor öz növbəsində göstərilən diqqət üçün çalışdığı kanal heyətinə təşəkkür bildirib.

Qeyd edək ki, Şamil Muradov bir sıra yerli serial və film çəkiliş qrupunun direktoru işində çalışıb. O, eyni zamanda bir neçə film və serialda aktyor kimi də çəkilib.

Şamil Muradov hazırda Qafqaz TV-nin baş rejissoru vəzifəsində çalışır. 

Azər NƏSİBOV