-
- 25-11-2021, 19:09
- 495
Qənirə Paşayeva: “Qadınlara şiddət mövzusu ilin 1 günü yox, 365 gün diqqətdə olmalıdır"
“Qadınlara şiddət mövzusu ilin 1 günü yox, 365 gün diqqətdə olmalıdır".
News24.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, 6 istiqamət üzrə gücü birləşdirməliyik: "Birinci istiqamət cinsi seleksiyadır. Cinsi seleksiyaya mövzusu sosial rifahla bağlı deyil. Bəzən imkanlı ailələr də bu yola əl atır. Bu nüans təfəkkürlə bağlıdır. Bu təfəkkürə qarşı mübarizə aparmalıyıq. Məscidlərdən başlayıb, bağçalar, məktəblər, media və s. insanları bu məsələdə bilgiləndirməliyik.
İkinci məsələ erkən evlilikdir. Təhsil və peşələri olmayan qadınlar erkən evliliyə və ailədaxili təzyiqə məruz qalırlar. Erkən evliliyə qarşı mübarizəmizi gücləndirməliyik. Bu məsələdə qanunların tənzimlənməsi və maarifləndirmə diqqətdə saxlanılmalıdır".
Millət vəkili əlavə edib ki, ali təhsil almayan qadınlar peşə təhsilinə yönəlməlidir: "Bizi narahat etməli olan məqam boşanmaların sayının artmasıdır. Boşanmaların qurbanı ən əsası, uşaqlar olur. Bu gün məhkəmə qərarları içərisində icra edilməsi ləngiyən məsələlərdən biri də alimentlərin verilməsi ilə bağlıdır. Aliment Fondunun yaradılması çıxış yolu ola bilər. Bu da ciddi pozuntudur. Bəzilərinin imkanı olmaya bilər, amma anaların müraciətində imkanı olanlarla bağlı da eyni hadisəyə şahid oluruq. Bu məsələdə qanunlarla bağlı sərtləşdirməyə gedirik. Alimentə görə şikayət edən qadınlar, əsasən, kənd yerlərində diskriminasiyaya məruz qalır".
Q.Paşayeva ailədaxili zorakılıq mövzusuna da toxunub: "Ailədaxili zorakılıq gələcəkdə cəmiyyətə çox ağır travmalı uşaqların verilməsi deməkdir. Bu, sadəcə bir qadının yox, onun uşaqların və cəmiyyətin problemidir. Bu məsələdə yanaşmamızı dəyişməliyik.
Məsələnin həlli istiqamətində media vasitəsilə yaxşıları göstərməliyik. Pisi hər zaman göstəririk. Bu istiqamətdə də gücümüzü birləşdirməliyik".