-
- 26-11-2021, 17:35
- 584
İctimai Şuraya üzvlərin seçimi yekunlaşdı - Fotolar
Noyabrın 26-da Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçirilib.
News24.az xəbər verir ki, təkrar seçkilərin keçirilmə zərurəti barədə məlumat verən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib. Nazir müavini bildirib ki, 23 noyabr tarixində keçirilmiş birinci seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib, digər 4 üzvün müəyyənləşdirilməsi üçün isə təkrar seçkilər təşkil edilib.
Daha sonra səsvermə keçirilib.
Hər iki seçkinin nəticələrinə əsasən, "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin namizədi İlqar Orucov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin namizədi Mirzə Cəfərzadə, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin namizədi Günel Səfərova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə, “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin namizədi Etibar Əliyev, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin namizədi Məleykə Əlizadə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin namizədi Gülməmməd Məmmədov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının namizədi Fuad Məmmədov və “YUVA” Humanitar Mərkəzinin namizədi Pərvanə Məmmədova Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv seçiliblər.
Qeyd edək ki, Şuranın təşkilində əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.