-
- 24-11-2018, 17:01
- 3 483
Nanə Ağamalıyeva intihar barədə danışıb
Gündəlik səhər proqramlarında reytinqdə ön sırada yer alan "ŞOU ATV" proqramının aparıcısı Nanə Ağamalıyeva ötən gün proqramda intihar mövzusuna toxunub.
Aparıcı xanım mövzuya xüsusi həssaslıqla yanaşıb. O, canlı yayımda hələ də intihar fikrindən daşınmayan vətəndaşlara etdiyi müraciətlə hər kəsi kövrəldib: "İnsan xəstə yatağında anlayır ki, öz həyatına nə qədər nankor olub. İnsanın canından, zamanından dəyərli bu həyatda heç nə yoxdur. O heç bir maddiyatla geri alınmaz. Siz hamıdan dövlətlisiniz axı. İnsan var ki, dövlətlidir. Amma çox az müddət qalıb həyatının sonuna. Siz ondan dövlətlisiniz, çünkü, o, həyatının digər günlərini pul ilə ala bilməz.
Elə insanlar var ki, görürsən əlil arabasındadır. İnanın mənə, ən yaraşıqlı, fiziki baxımdan ən sağlam insandan o qədər sağlam düşüncəli bir insandır. Müğənni Murad Sadıq - Murad danışanda mən utanıram. Gülür, üzündən, simasından gülüş əskik deyil. Mən həqiqətən utanıram ki, bu qədər Allaha üsyan etmək olmaz axı".
News24.Az