-
- 29-11-2021, 12:40
- 3 660
Pelin Karahan: "Zorla ərə verildiyim üçün..." - Müsahibə - Foto/ Video
News24.az Türkiyənin məşhur aktrisası Pelin Karahanın OLAY-a müsahibəsini təqdim edir:
- Üç ildən sonra yenidən çəkiliş meydançalarına geri döndünüz. İşin tempinə öyrəşə bilirsiz?
- Uşaqlarım doğulandan sonra fasilə vermişdim. Daha sonra yemək verilişi etdim. Seriala aktiv dönüşüm Kiprdəki layihəmlə oldu (“Kıbrıs: Zafere doğru” serialı – red.). Əslində, çətin olanı seçdik. Çəkiliş komandası orada qalır, mən hər həftə gedib-gəlirəm. Uşaqlarıma vaxt ayırmağa çalışıram. Bir az çətindir, amma qaça-qaçla çalışmağı sevirəm. Sıx işləyirəm, bunu bir az da mən istədim. Çox əylənirəm. Elə bil heç ara verməmişəm. Rəylər də çox yaxşıdır, insanlar mənim üçün darıxıb. Məni yoran təyyarəyə minib-düşməkdir. Boşa gedən zamana görə yoruluram. Çəkiliş saatları əvvəlki kimi deyil, indi daha tez bitir. “Kavak yelleri” zamanındakı kimi gündə 24 saat işləmək söhbəti yoxdur. Ən azından bizim komandada elədir. Serialda eyni anda iki komanda çalışır. Aktyorlar iki komanda arasında gedib-gəlir.
- Bir ssenarini qəbul etmək üçün xüsusi şərtləriniz var?
- Heç vaxt şərtlərim olmayıb. Sadəcə ssenarini oxuyandan sonra işin içində olub-olmamaq kimi bir hisslər var. Aktyorun ən böyük arzusu budur – özünü orada görmək, obrazı özünə yaraşdırmaq, “mən bu rolun haqqını verərəm” demək… Bir də insan fərqli obrazlar oynamaq istəyir. Bir-birini təkrar edən işlərdənsə, seçimim hər dəfə fərqli bir rol oynamaqdır.
- “Muhteşem Yüzyıl”dakı obrazınızla o qədər yaxşı uyğunlaşdırdınız ki, sizi Pelin Karahan kimi yox, Mihrimah Sultan olaraq görürəm. Onunla ortaq olan yanlarınız var idi?
- Mihrimah Sultan gerçək tarixi bir obrazdır, qəlibləşmiş bir xarakteri var. Aktrisa olaraq təbii ki, obraza bir şeylər qatırıq – jestlə, mimika ilə, hərəkətlə, baxışla – daha yumşaq, daha sərt görünmək. Mənim yerimə başqası olsa, bəlkə də Mihrimah başqa cür görünəcəkdi. Mənim də qatdığım nələrsə var, amma o da validəmdən (Hürrəm Sultan - red.) dolayı, fikir verin hələ də “validəm” deyirəm (gülür), həmin dönəmin şərtlərində intriqanın içində validəsinin yolundan da gedir. Həyatımda elə bir intriqa olmadığı üçün onun yaşadıqlarını hiss etməyin çox çətindir. Amma Rüstəm Paşayla zorla evləndirildiyi səhnədə çox təsirlənmişdim, ağlamışdım. Əslində, hər şeyə sahib, sultan olan bir qızın zorla, istəmədiyi, özündən yaşça böyük biriylə evləndirilməsi mənə çox təsir etmişdi. Onun yaşadıqları məni çox üzmüşdü.
- Bəs, yer aldığınız hansı layihə, hansı obraz sizə daha yaxındır?
- Çox sayda layihəm olmasa da, uzunmüddətli ekran işlərində yer almışam. Hələ də küçədə mənə “Aslı”, “Mihrimah” deyirlər. “Muhteşem Yüzyıl”ın çəkiliş meydançası daha çox əyləncəli, dönəm olaraq daha gözəl idi…
- “Kavak Yeller”ində kişilərdən çox qadın aktrisalar ön plana çıxdı…
- Hər layihədən sonra kimsə daha çox parlayır. Bu, şans məsələsidir. Mənim ilk işim olduğu üçün ayrı bir yeri var, sonrasını xəyal belə etmirdim. Sonrakı hadisələr mənim üçün böyük sürpriz idi. Hətta həmin işin bu qədər uzun müddət getməsi də…
- Serialdakı tərəf müqabillərinizlə görüşürsüz?
- Üstündən uzun illər keçib, hər kəsin ayrı ailəsi, ayrı problemləri var. Bir yerdə qarşılaşıb, görüşməyimiz çox çətindir. Ancaq qarşılaşsaq, yenə də heç bir şey olmamış kimi söhbət edə bilərik. Çünki çox uzun illər birlikdə çəkilişlər etmişik. Bizim vaxtımızda sosial media yox idi. Ona rəğmən “Kavak yelleri” çox populyar bir iş idi. İndi olsa, o işin populyarlığınının səviyyəsini təsəvvür belə etmirəm.
- Son dönəmlərdə serial və filmlərdə rol alan hansı aktrisaları bəyənirsiz?
- İçində xeyli dostlarım var. Onların yer aldığı fərqli layihələri izləyirəm. Ümumi sektordakı işləri də gözdən qaçırmıram. Həm dijital da, həm də televiziyadakı işləri izləməyim, bu barədə bir fikrimin olması vacibdir. Məncə, Türkiyədə TV-nin ömrü uzun illər çəkəcək. TV-dəki işlər həmişə izlənəcək. Dijital platforma üçün heç bir layihədə yer almamışam, amma çox istəyirəm. Çünki ora daha azad, daha rahat bir platformadır. Vaxt daha qısa, bölümlər daha anlaşılan, ssenarilər daha azaddır. Hazırkı serialımın gedişinə görə, inşallah oradan da bir iş təklifi alaram.
- Dijital platformada bir neçə türk serialı yayımlanıb. “Atiye”, “Fatma”, “Hakan: Muhafız”, “Bir başkadır”, “Kulüp” kimi işlər var. “Kaş ki, bu serialda mən oynayardım” dediyiniz iş var?
- Ən son “Kulüp”ü izləmişəm. Çox bəyəndim. Aktyorlar, sənət, kostyum, işıq, musiqilər. Həqiqətən çox gözəl idi, qürur duydum. Çox sevindim ki, bizdən belə bir iş çıxıb. Orada olmaq istəyərdim.
- “Kulüp”də fərqli hekayələri izləyirik. Erkən yaşda səhv edən qadın, kişi və s... Buna istinadən ağlıma bir aforizm gəlir. Oskard Uayld söyləyir ki, kişilər həyatı daha erkən, qadınlar daha gec anlayır. Bu düşüncəylə razısız?
- Qatılmıram. Məncə, heç düzgün deyil. Qadından qadına, kişidən kişiyə fərq var. Başqa bir kişiylə düşüncələrim fərqlidir. Kimsəni kimsəylə cinsi ayrılıq edərək müqayisə etmək düzgün deyil. Bu, insanın həyatda yaşadığı təcrübələrlə bağlıdır.
- Pelin Karahanı nə xoşbəxt edir?
- Yemək yemək (gülür). Zarafat edirəm, işləmək, idman, yemək, ailəmlə, dostlarıma vaxt keçirmək məni çox xoşbəxt edir. Normal rutinimi etdiyim zaman, həm də bu templə çalışa bildiyim vaxtlarda xoşhal oluram. Hər kəsə, hər şeyə yetdiyim vaxt məndən xoşbəxti olmur.
- Bəs, əhvalınızı nə korlaya bilər?
- Bir az plansızlıq əhvalımı korlayır. Düzü, bu sektora girəndən sonra öyrəşdim. Əvvəllər daha çox üzülürdüm, indi o qədər fikir vermirəm. Ana olandan sonra uşaqlarımın sağlamlığının yerində olmasından başqa əhvalımı heç nə korlamır.
- Övladlarınıza qadağalar qoyursuz?
- Qaydaları olan ana deyiləm. Amma nizamlı olmasını istədiyim şeylər var. Mən də analığı onlarla dadıram. Onlar böyüdükcə bir-birimizi daha yaxşı anlayırıq. Bir az onların psixologiyasını anlamağa çalışıram. Hər uşağın, hər ananın xarakteri fərqlidir. Hər evin nizam-intizamı da eyni deyil. Onları da çox sözümdən çıxarmadan böyütməyə çalışıram. Çox çətindir. Çünki sən bir nizam qurursan, amma çöldə başqa bir həyatla qarşılaşırlar. Ən çox istədiyim xoşbəxt uşaqlar olmaqlarıdır, həyat yoldaşımla ən böyük istəyimiz, tək dərdimiz budur.
- Geriyə baxanda “kaş ki, zamanımı fərqli dəyərləndirsəydim” dediyiniz anlar var?
- Zaman mənə bəs etmir, mənim üçün çox qiymətlidir. Kaş, bu qədər sıx templə çalışmamışdan öncə daha çox ölkə gəzsəydim. Ən peşman olduğum şey budur. İndi uşaqlar var deyə, zamanı bir az fərqli istifadə edirik.
- Azərbaycana gəlmisiz?
- Gəlməmişəm, çağırsanız, gələcəm.
- Biz hər zaman hazırıq…
- İnşallah, qısa zamanda ziyarət edərəm.
- Azərbaycan haqda düşüncələriniz nədir?
- Heç gəlməsəm də, oynadığım seriallardan dolayı məni sevən bir kütlə olduğunu bilirəm. Çox sevdiyim dostlarım var. Deyirlər ki, gəlin, qonağımız olun. Bir gün gələcəyəm, biz qardaş ölkəyik, başqa bir bağımız var.
- Bizim məşhurlardan tanıdıqlarınız var?
- Oradakı məşhurları tanımıram. Bəzən müğənniləri görürəm televiziya proqramlarında, amma adları yadımda qalmayıb.
- Müsahibə üçün təşəkkür edirik, Pelin xanım.
- İnşallah, Bakıya gələndə birlikdə zaman keçirərik. Çox təşəkkür edirəm.
FOTO: Elmar Əzimli
VİDEO: Eko Ağalarov
EDİT: Nuran Məmmədov