Gənclər və idman nazirinin müavinləri dəyişdi
    • 29-11-2021, 17:00
    • 641

Gənclər və idman nazirinin müavinləri dəyişdi

Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

News24.az-ın məlumatına görə, Prezidentin 29 noyabr 2021-ci il tarixli digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.