-
- 17-02-2021, 14:38
- 706
Azad Rəhimovun müavini də xəstəxanaya yerləşdirildi
Gənclər və İdman Nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.
News24.az Unikal.org-a istinadən xəbər verir ki, nazir müavini paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.
İ.İsmayılov sözügedən sayta açıqlamasında səhhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini davam etdirdiyini deyib.
Xatırladaq ki, bir müddət əvvəl Gənclər və İdman naziri Azad Rəhimov da səhhətində yaranan ciddi narahatlıqla bağlı təcili ABŞ-a aparılmışdı. Nazir bununla bağlı açıqlama verərkən ağciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirmişdi.