-
- 30-11-2021, 10:42
- 369
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə məlumatlandırma sessiyalarını DAVAM ETDİRİR
Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. İmişli, Saatlı və Sabirabad rayonlarında keçirilən tədbirlərdə aqrar sektora ayrılan subsidiyaların verilməsində yeniliklər, Aqrar Subsidiya Şurasının qərarları, payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsinə dair cari vəziyyət barədə müzakirələr aparılıb.
News24.az xəbər verir ki, görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, subsidiyaların verilməsində tətbiq olunan mühüm yeniliklərdən biri ümumi torpaq sahəsi 5 hektardan çox olan fermerlərin hər 5 hektara 1 torpaq analizi verməsi tələbidir. Bu kateqoriyaya daxil torpaq mülkiyyətçiləri dekabrın 30-dək əkin bəyanları ilə paralel olaraq torpaq analizlərinin nəticələrini də EKTİS-ə daxil etməlidir. Torpaqların analizi məhsuldar torpaqların münbitliyini qorunub saxlanılmasını, eyni zamanda mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edəcək. Eyni zamanda laboratoriya məlumatlarının nəticələrindən istifadə etməklə torpaqların münbitlik göstəricilərinin monitorinqini həyata keçirmək mümkün olacaq. Fermerlər öz sahələrindən torpaq analizi verməklə torpağın qida elementlərinə ehtiyacını müəyyənləşdirəcək, yanlış gübrə növü istifadə etməyəcək, gübrə normasını müəyyən edə biləcək. Bu isə torpaqların uzun müddətli və davamlı istifadəsinə imkan yaradacaq.
Fermerlər öz torpaqlarından analiz vermək üçün Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkəran, Salyan, Ucar və Bərdə rayonlarında fəaliyyət göstərən aqrokimya laboratoriyalarına müraciət edə bilərlər. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binalarında yerləşir. Analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium göstəriciləri daxildir.
Görüşlər zamanı payızlıq əkinlərin EKTİS-də qeyd olunan müddətdə bəyan edilməsinin zəruriliyi geniş müzakirə olunub. Bildirilib ki, payızlıq əkinlərin bəyan müddəti dekabrın 30-da başa çatır. Bu tarixə qədər EKTİS-də öz şəxsi kabinetini aktivləşdirməyən və əkinlərini bəyan etməyən fermerlər 2022-ci ildə əkin subsidiyası ala bilməyəcəklər. Əkinlərin bəyan edilməsi üçün fermerlərə 4 ay vaxt verilib və torpaq mülkiyyətçiləri son tarixi gözləmədən qısa müddətdə öz əkinlərini EKTİS-də bəyan etməklə müvafiq subsidiyanı ilin ilk aylarında almaq imkanı qazanırlar.
Fermerlərə növbəti ildən həm arpa, həm buğda əkininə görə eyni həcmdə - 210 manat subsidiya ödəniləcəyi, pambıq, şəkər çuğunduru və tütün üzrə əkin subsidiyasının tam şəkildə məhsul subsidiyası ilə əvəzlənməsi və digər yeniliklər barədə məlumat verilib, onların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı növbəti məlumatlandırma sessiyası Masallı, Cəlilabad və Biləsuvar rayonlarında keçiriləcək. Buna qədər nazirlik tərəfindən 11 rayonda analoji tədbirlər keçirilib. Tədbirlər planına əsasən, məlumatlandırma sessiyalarının payızlıq əkinlərin aparıldığı 50-dən artıq rayonda keçirilməsi nəzərdə tutulur.