DİN cinayət faktları ilə bağlı statistikanı açıqladı
    • 1-12-2021, 10:23
    • 258

DİN cinayət faktları ilə bağlı statistikanı açıqladı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-dən News24.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 47 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.