-
- 1-12-2021, 10:32
- 592
Laçının işğaldan azad edilməsindən 1 il ötür
Laçının işğaldan azad edilməsindən 1 il ötür.
News24.az xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb.
Bununla da Laçının 28 ilik işğalına son qoyulub.
Qeyd edək ki, Laçın rayonunu 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən işğal etmişdi.
Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.