-
- 25-11-2018, 19:58
- 1 321
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə məscid bərpa olunur
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Baydar kəndindəki məscid əsaslı bərpa olunur.
Bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentlik rəhbəri Zaza Vaşakmadze, Marneuli rayonunun rəhbər vəzifəsini icra edən Zaur Tabatadze və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev məsciddə aparılan tikinti-bərpa işləri tanış olublar.
Z.Vaşakmadze Baydar kənd məscidinin bərpası ilə bağlı yerli sakinləri təbrik edərək, yerli hakimiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin yerli sakinləri narahat edən məsələlərlə də maraqlanıb.
Baydar kənd sakinləri məscidin bərpa olunmasına görə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və Marneuli rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Gürcüstanda 320-dən çox məscid var və onların 200-ü dövlət qeydiyyatına alınaraq Gürcüstan Müsəlmanları İdarəsinin səlahiyyətinə verilib.
//Report