-
- 25-11-2018, 20:49
- 1 108
"Neftçi"nin oyunçusu: "Biz öz oyunlarımızı qələbə ilə başa vurmalıyıq"
"Bizim üçün çox çətin oyun oldu. Süni meydanda oynadıq və oyuna daha çox nəzarət edə bilərdik".
Bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqasının XII turunda səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi topa daha çox sahib olmaq istədiklərini vurğulayıb: "Bunu edə bilsəydik, 1-2 qol da vura və daha yaxşı oyun sərgiləyə bilərdik. Əsas odur ki, qələbə qazandıq".
E.Mahmudov ikinci qoldan sonra oyunun tempini aşağı saldıqlarını etiraf edib: "Hücum futbolu oynamağa davam etsəydik, bizi əks hücumda yaxalaya bilərdilər. Çünki rəqibin əks hücumları yaxşıdır. "Sabah”la matçlarına baxdıq, bunu yaxşı bacarırlar. Oyunu sakitləşdirmək lazım idi".
O, "Qarabağ"la xal fərqlərinin 5-ə yüksəlməsinə sevindiyini bildirib: "Biz öz oyunlarımızı qələbə ilə başa vurmalıyıq".