Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi yaradıldı
    • 1-12-2021, 16:52
    • 991

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi yaradıldı

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.