Bakının Ağa Nemətulla küçəsi əsaslı TƏMİR EDİLDİ
    • 2-12-2021, 14:59
    • 377

Bakının Ağa Nemətulla küçəsi əsaslı TƏMİR EDİLDİ

Bakının Nərimanov rayonunda 1,8 km uzunluğa malik Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Xatırladaq ki, təmir işlərini bu ilin oktyabr ayında başlanılıb. Küçə boyu köhnə səki daşları sökülüb, köhnə örtüyü yeni asfalt-beton örtüklə əvəz edilib.