Kürdə batan yeniyetmənin meyiti tapılıb
    • 25-06-2018, 11:47
    • 3 934

Kürdə batan yeniyetmənin meyiti tapılıb

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

Səkkiz gün əvvəl Kür çayının kənarında əmisi tərəfindən velosipedi aşkar edilən Bıçaqçı kənd sakini, 2006-cı il təvəllüdlü Kənan Sabir oğlu Səmədovun meyiti çayda batdığı təxmin edilən yerdən təxminən 100 metr aralıda yerli sakinlər tərəfindən aşkarlanıb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


//Oxu.az