Bakıda avtomobilin dövlət qeydiyyat nişanları oğurlandı
    • 3-12-2021, 12:40
    • 336

Bakıda avtomobilin dövlət qeydiyyat nişanları oğurlandı

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-nə keçən gecə Çiçək qəsəbəsi ərazisindən “BMW” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Bəhrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.