Azərbaycanda son iki gündə 68 nəfər saxlanıldı
    • 6-12-2021, 10:08
    • 366

Azərbaycanda son iki gündə 68 nəfər saxlanıldı

Dekabr ayının 4-də və 5-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 75 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölmüş, 3 nəfər xəsarət alıb.
     
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılmışdır.