Müğənni Elnur Məmmədovun ailəsinə AĞIR İTKİ
    • 6-12-2021, 16:30
    • 1 387

Müğənni Elnur Məmmədovun ailəsinə AĞIR İTKİ

Tanınmış müğənni Elnur Məmmədovun ailəsində ağır itki üz verib.

News24.az-ın məlumatına görə, müğənninin əmisi oğlu Mahir Məmmədov qəfil vəfat edib. 

Yaxınlarının bildirdiyinə görə, o Biləcəridə kafe işlədirmiş və Bakıda tanınmış kababçılardan olub. Mahir Məmmədov elə kafedə ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!