-
- 6-12-2021, 17:17
- 521
Baş Prokurorluğun əməkdaşı Litvada korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirdə iştirak etdi
Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq milli prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) ilə səmərəli əməkdaşlığını davam etdirməkdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 1-2 dekabr tarixlərində Litva Respublikasının paytaxtı Vilnüs şəhərində həmin ölkənin Xüsusi İstintaq Xidmətinin (STT) təşkilatçılığı ilə EPAC/EACN-ın 20-ci ildönümünə həsr olunmuş Peşəkar Konfransı və Baş Assambleya İclası keçirilib. Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərən regional təşkilatların, habelə EPAC/EACN-a tərəfdaş olan ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil edib.
Ardınca tədbir iştirakçıları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş müsbət təcrübələrə dair fikir mübadiləsi aparılmış, bu sahədə yaranan problemlər və onların həlli yolları müzakirə edilib.
Tədbirin “Korrupsiya qarşı mübarizə sahəsində milli və regional təcrübəsinə dair EPAC/EACN-2021 mükafatı”na həsr olunmuş sessiyasında çıxış edən nümayəndəmiz korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulamış, həmin sahədə həyata keçirilən mütərəqqi hüquqi və institusional tədbirləri iştirakçıların diqqətinə çatdırıb, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu və innovativ nümunəsini təşkil edən "ASAN xidmət” və “DOST” modelləri barədə onlara geniş məlumat verib.
Sessiyanın sonunda Azərbaycan Prokurorluğu korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlərə görə EPAC/EACN 2021 mükafatı ilə təltif edilib.
Bundan başqa, tədbirdə EPAC/EACN-ın Avropa Birliyində Dürüstlük İşçi Qrupu tərəfindən dürüstlük və anti-korrupsiya standartları üzrə hazırlanmış metodik tövsiyənin təqdimatı həyata keçirilib. Qeyd olunan materialda Azərbaycan Respublikasının Prokurorluğunun metodologiyası da öz əksini tapıb.
Tədbirin sonunda EPAC/EACN-nin Prezidenti vəzifəsinə seçkilər keçirilib və həmin vəzifəyə Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin Direktoru Jidrunas Bartkus seçilib.

Yüksək səviyyəli tədbirin açılış mərasimində çıxış edən Litva Respublikası Prezidentinin nümayəndəsi Darius Kulieşius dövlət başçısı Gitanas Nausedanın müraciətini iclas iştirakçılarının diqqətinə çatdırmış, daha sonra söz alan STT-nin Direktoru Jidrunas Bartkus konfransın işini açıq elan edərək qarşıda duran məqsəd və vəzifələr barədə danışıb.