Çində dünyanın ilk genetik cəhətdən modifikasiya edilmiş əkizləri doğulub
    • 26-11-2018, 13:11
    • 839

Çində dünyanın ilk genetik cəhətdən modifikasiya edilmiş əkizləri doğulub

Çinli alim He Tszyankuy dünyada ilk genləri süni şəkildə dəyişdirilmiş insanları - əkiz qız uşaqlarını yaratmağa kömək göstərdiyini iddia edir.

Alimin sözlərinə görə, yeni doğulan körpələrin DNT-ləri yeni gen redaktə üsulu (CRISPR) ilə dəyişdirilib.
"Modifikasiyanın mahiyyəti orqanizmə HİV virusuna yoluxmamaq bacarığını ötürməkdir. Belə mutasiya insanlar arasında təbii qarşılanır, amma çox nadirdir", - He Tszyankuy izah edib.
Alim bildirib ki, bu eksperimentə görə məsuliyyət daşıyır və onu yalnız bu sahədə birinci olmağa görə yox, həm də belə tədqiqatların aparılmasına cığır açmaq üçün həyata keçirib.
Araşdırmalar göstərir ki, qızlardan yalnız birində lazımi genin hər iki nüsxəsi dəyişdirilib, ikincidə isə isə yalnız bir nüsxə dəyişin, yəni o, HIV-ə qarşı immunitet qazanmayıb.
Qeyd edək ki, alimlərin He Tszyankuyun iddiasına ilk reaksiyası birmənalı olmayıb. Onların çoxu belə təcrübələrin aparılmasının erkən, təhlükəli olduğunu və həkim etikasını pozduğunu söyləyib.

//Report