“YAŞAT” Fondunun yaradılmasından 1 il ötür
    • 8-12-2021, 12:30
    • 358

“YAŞAT” Fondunun yaradılmasından 1 il ötür

Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür. 

News24.az
xəbər verir ki, bununla əlaqədar media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri  Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  Sahil Babayev,  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edir.