-
- Dünən, 22:13
- 4 823
Timsah 49 yaşlı Səlimi parçaladı
Malayziyada timsah Saravak qubernatorluğunda çayın yaxınlığında balıqçını parçalayıb.
News24.az xarici mediaya istinadla bildirir ki, Lutqon kəndindən olan 49 yaşlı Səlim cümə axşamı, dekabrın 19-da yoxa çıxıb. Xilasedicilər müəyyən ediblər ki, kişi körpünün yaxınlığında balıq tutarkən yırtıcı ona hücum edib və suya sürükləyib.
Axtarış-xilasetmə əməliyyatı zamanı həmin şəxs tapılmayıb. Yalnız bazar günü, dekabrın 22-də Lutqon Yanğınsöndürmə İdarəsinin əməkdaşları hadisə yerindən 6 kilometr aralıda suda qalıqlar tapıblar. Tezliklə onların Səlimə aid olduğu məlum olub./lent.az