-
- 8-12-2021, 16:00
- 462
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
Narkotik istifadəçilərinin ən rahat müayinəsi ekspress test üsuludur. Bu metodla tez bir zamanda hansı narkotik vasitədən istifadə edildiyini müəyyənləşdirmək mümkündür.
News24.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.
O bildirib ki, narkotik istifadəçiləri çox zaman müalicə üçün gec müraciət edirlər: “İstifadəçilər bizə müraciət edəndə onların daxili orqanları məhv olmuş vəziyyətdə olur. Bir dəfə narkotik vasitədən istifadə edən şəxs ondan asılı qalır. İlkin istifadədən sonra psixoloji asılılıq yaranır. Narkotik vasitənin növündən asılı olaraq isə fiziki asılılıq da yaranır. Bu, ürəkbulanma, halsızlıq, gərginlik, sümük və oynaqlarda ağrılarla müşayiət olunur”.
Orxan Cəfərov narkotik asılılığının səbəblərindən də danışıb: "Bu səbəblər sırasında natamam ailə, boşanma, övlada məhdud sayda vaxt ayırma, nəzarətsizlik də var. Bəzi valideynlər övladlarına verdikləri xərclənməsinə nəzarət etmirlər. Bu da azyaşlıların narkotik aludəçiliyinə təkan verir. Yuxarı yaş qrupunda olan narkotik istifadəçilərinin ilk başlama bəhanələri ailədaxili sosial problemlər, pulsuzluq, əhval-ruhiyyənin aşağı düşməsi, eləcə də əhatəsində narkotik istifadəçisinin olması ilə əlaqələndiriblər. Dünya təcrübəsinə baxsaq, statistik məlumata görə, bir narkotik istifadəçisi il ərzində ən azı 2 və ya 4 nəfəri bu yola çəkməyi bacarır”.