Narkoloji Mərkəz marixuananın narkotik vasitə olmamasına dair iddialara münasibət bildirdi
    • 8-12-2021, 15:40
    • 521

Narkoloji Mərkəz marixuananın narkotik vasitə olmamasına dair iddialara münasibət bildirdi

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov marixuananın narkotik vasitə olmaması ilə bağlı iddialara münasibət bildirib.

“Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımda O. Cəfərov bildirib ki, bu, tamamilə yanlışdır: “O, fiziki asılılıq yaratmır, amma psixi asılılıq yaradır. Marixuananı insanlar yüngül narkotik vasitə sayır, bu, yanlış fikirdir. Marixuanadan narkotik istifadəçiləri tramplin kimi istifadə edir, sonra daha ağır narkotik vasitələrin istifadəsinə başlayırlar. Marixuanadan bir müddət istifadə edəndən sonra ondan alınan eyforiya hissi bir neçə saata itir”. /APA/