-
- 9-12-2021, 11:27
- 1 462
Bakıda 50 yaşlı kişi sevgilisinin başına oyun açdı – GİZLİ VİDEOYA ÇƏKDİ VƏ...
Bakıda gizli münasibətdə olduğu qadını şantaj edən 1971-ci il təvəllüdlü, Hövsan qəsəbə sakini Oktay Mürsəlov barəsində Cinayət Məcəlləsinin 180.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, 50 yaşlı kişi 5 ildir gizli münasibətdə olduğu, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Rüxsarə Quliyevanı (şərti ad-soyadlı) 2019-cu ildən 2021-ci ilin iyun ayınadək şantaj edərək 1200 manata yaxın pul, eləcə də mobil telefonunu alıb. Belə ki, ailəli, övladları və 1 nəvəsi olan Oktay Rüxsarəyə onunla cinsi əlaqədə olduğu vaxt videoya çəkdiyini və həmin görüntüləri ərinə, oğuluna və digər şəxslərə göstərərək rüsvay edəcəyini deyib.
Məhkəmədə ifadə verən zərərçəkmiş qadın Oktayla uzun müddət gizli görüşdüyünü, əri və oğlu evdə olmadığı vaxt onu çağırdığını, lakin sonradan münasibətlərinin pozulduğunu deyib: “5 il əvvəl Oktayla telefon vasitəsilə təsadüfən tanış olmuşam. Bir müddət “Whatsapp” proqramında yazışdıq, aramızda isti, daha sonra isə intim münasibət yarandı. Ərim və oğlum evdə olmadıqları vaxtlarda Oktayla evdə gizli görüşürdüm, aramızdakı münasibətlərdən heç kimin xəbəri yox idi. Bəzən Oktayla həftədə 2-3 dəfə görüşüb yaxın münasibətlərdə olurdum. Lakin son iki ildə münasibətlərimiz birdən-birə soyudu, bəzi danışıqlarında bir-birimizi başa düşmürdük və bu zəmində aralamızda yaranmış mübahisələr zamanı Oktay məni şantaj etməyə başladı. Belə ki, Oktay pul tələb edib hədə-qorxu gəlməklə deyirdi ki, əgər onun istədiyi məbləğdə pulu verməsəm, aramızda olan gizli yazışmaları və intim münasibətə dair videogörüntü barədə ailə üzvlərimə və yaxınlarıma məlumat verəcək və bununla da məni rüsvay edəcək. Oktaydan hansı videogörüntü barədə soruşanda dedi ki, o, bir dəfə onunla intim münasibətdə olarkən bu münasibəti özünə məxsus mobil telefonla məndən xəbərsiz çəkib və həmin videogörüntü hazırda onun telefonundadır, telefondan başqa, həmin videonu əlavə olaraq karta da yazıb evdə saxlayır. Bunu eşidəndə şok vəziyyətinə düşdüm”.
R.Quliyeva bildirib ki, 50 yaşlı sevgilisinin şantajından qorxuğu üçün ona pul verməyə başlayıb: “Düşündüm ki, rüsvay olmaqdansa, Oktaya pul versəm yaxşı olar. Buna görə də 2019-cu ilin təxminən noyabr ayından başlayaraq Oktaya əlimə düşdükcə müxtəlif məbləğlərdə pullar verməyə başladım. Pulların hamısını ona öz yaşadığım evdə vermişəm. Oktaya elə olub ki, 20 manat, 30 manat, 50 manat və 100 manat vermişdir. Məni şantaj etməsinə baxmayaraq, onlar yenə də görüşürdümr və çalışırdım ki, Oktayda olan videonu onun telefonundan silim. Hər dəfə ona yalvarıb xahiş edirdim ki, videonu telefondan silsin, həm də dəfələrlə Oktaydan xahiş etmişəm ki, videonu mənə göstərsin. Lakin Oktay videonu silmirdi, mənə göstərmirdi və buna görə də məni daima stress və gərginlik içində saxlayırdı. Oktaya 2019-cu ilin noyabr ayından 2021-ci ilin iyul ayının 23-dək olan müddətdə cəmi 1.100 manat pul vermişəm. Buna görə də uzun müddət düşündüm və sonda qərara gəldim ki, Oktayın barəsində polisə şikayət edim ki, artıq onun barəsində polis özü tədbir görsün və yaşadığım psixoloji gərginlikdən qurtulum. Oktayla bir dəfə aramızda mübahisə yaranan vaxt onun telefonu sınıb və buna görə də Oktay mənim telefonunu götürüb. Sonradan həmin telefonu qaytarmasını tələb etdikdə isə Oktay mənə hədə-qorxu gələrək dedi ki, “əgər səsini çıxarsan, videogörüntüyə çəkdiyi kadrları qardaşına göndərəcəyəm”.
Şikayətçi qadın hazırda Oktay onunla barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, buna görə də onu bağışladığını və ondan heç bir şikayəti və ya digər tələbinin olmadığını, barışmalarının nəzərə alınaraq Oktaya yüngül cəza verilməsini xahiş edib.
Xəzər rayon Məhkəməsində Tərlan Əkbərovun sdrliyi ilə Oktay Mürsəlovun məhkəməsi noyabrın 24-də başa çatıb və o, 3 il müddətinə azadlqıdan məhrum edilib.