-
- 9-12-2021, 12:58
- 478
BP və Təhsil Nazirliyi birgə layihəyə start verir
"BP şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanan müqaviləyə əsasən, layihənin ilk addımı olaraq bərpaolunan enerji sahəsində əməkdaşlıq baş tutacaq. Layihənin növbəti ildən başlaması planlaşdırılır. Burada iki istiqamət var. Mövzu bərpaolunan enerji mənbələridir".
News24.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Nazir BP şirkəti ilə imzalanan müqavilənin əhəmiyyəti barədə bunları qeyd edib: "Layihə Azərbaycanın təhsil prosesində iştirak edən tələbələrə və alim heyətinə yönləndiriləcək. Hazırda layihə çərçivəsində Türkiyə və Böyük Britaniyadan olan universitetlərlə də əməkdaşlıqların qurulmasına çalışırıq".