"İki həftəlik məktəb tətili kompensasiya ediləcək" - Təhsil naziri
    • 16-10-2020, 11:32
    • 630

"İki həftəlik məktəb tətili kompensasiya ediləcək" - Təhsil naziri

“İnternet tam məhdudlaşdırılmayıb. Biz də Təhsil Nazirliyi olaraq bununla bağlı aidiyyatı qurumlarla əməkdaşlıq qurmuşuq, oktyabrın sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.”.

News24.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. 

Nazir qeyd edib ki, bəzi platformalar işləyir, bəziləri işləmir: "İki həftəlik tətili kompensasiya edəcəyik. Sadəcə qarşıdakı tətil günlərini qabağa çəkmişik. Təhsil müddəti qısaldılmayıb”.